"Bavariya"nın futbolçusunun ayağı sındı - FOTO

23:14 - 5 İyul 2025

Klublararası dünya çempionatının 1/4 final mərhələsində keçirilən PSJ - "Bavariya" (2:0) matçında Camal Musiala 1-ci hissənin sonunda ciddi zədə alıb.

Sportal.az xəbər verir ki, matçın ilk hissəsində bu hadisə baş verib. Musiala “PSJ”nin qapısına tərəf irəliləyərkən cərimə meydançasında Canluici Donnarumma ilə toqquşub və topuq nahiyəsindən ciddi zədə alıb. Onun sol ayağı qeyri-təbii şəkildə əyilib.

“Bavariya”nın yarımmüdafiəçisi meydanı xərəkdə tərk edib. "Sky Sport"un məlumatına görə, 22 yaşlı futbolçu dərhal xəstəxanaya çatdırılıb. Məlumata əsasən, baldır sümüyünün (malobersovaya) sınığına dair şübhələr var.


Xəbər xətti