PSJ-də şok itki - 2 ay oynamayacaq

20:56 - 5 Noyabr 2025

Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Liqa 1 nəhənginin aparıcı üzvlərindən olan Əşrəf Hakimi sıradan çıxıb.

Mərakeşli sağ cinah müdafiəçisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turunun "Bavariya" ilə matçında (1:2) sol ayağından zədə alıb. 27 yaşlı futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, PSJ Əşrəf Hakimini 2021-ci ilin yayında "İnter"dən 68 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti