Əvvəlcə məlum olmuşdu ki, “Barselona”nın 18 yaşlı cinah hücumçusu noyabr ayında Gürcüstan və Türkiyə ilə oyunlarda iştirak etməyəcək. İspaniya Krallıq Futbol Federasiyası Yamalın xəbərdarlıq edilmədən qasıq nahiyəsində narahatlığı müalicə etmək üçün prosedur keçməsinə təəccüblənib.
Sportal.az xəbər verir ki, sabiq “Valensiya” və “Real” qapıçısı Santiaqo Kanisares İspaniya millisinin heyətindən Lamin Yamalın çıxarılması barədə şərh verib:
“Bəlkə uzunmüddətli perspektivdə Lamin üçün 10-15 gün istirahət etmək daha faydalı olar, amma belə gizlilik və eqo müharibəsi həqiqətən lazımdırmı...
Tarixi olaraq belə olub ki, "Barselona" Kroyf dövründən başlayaraq, oyunçularının millidə çıxışlarını minimuma endirməyə çalışıb".
saytlarin hazirlanmasi
