"Kəpəz" PFK ilə azarkeşləri arasında görüş keçirilib.
Sportal.az xəbər verir ki, görüşdə klubun infrastruktur rəhbəri Ruslan Məmmədov, "Xəmsə", "KapazUltras" və "Zona 20" azad azarkeş qruplarının üzvləri iştirak ediblər. Görüş Gəncə futbolunun simvolu olan “Kəpəz” ətrafında birliyin və həmrəyliyin gücləndirilməsi məqsədi daşıyıb.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra klubun son dövrlərdəki fəaliyyəti, görülən işlər, həmçinin qarşıdakı planlar barədə müzakirələr aparılıb. Azarkeşlər komandanın oyunları, infrastruktur, gənclərlə iş və fan hərəkatının gələcək təşkili ilə bağlı fikirlərini bölüşüblər.
Görüş səmimi atmosferdə keçib, tərəflər açıq fikir mübadiləsi apararaq birgə addımların vacibliyini vurğulayıblar. “Kəpəz”in rəhbərliyi azarkeşlərin dəstəyi və təkliflərini yüksək dəyərləndirərək gələcəkdə bu tip görüşlərin davamlı olacağını qeyd edib.
saytlarin hazirlanmasi
