"İnter" "Atletik"in hücumçusu Qorka Quruzetanı transfer etməyi planlaşdırır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "nerazzura" 29 yaşlı forvard üçün "Atletik"lə danışıqlara start verib.
Quruzetanın Bilbao təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. “İnter” bu transferin mövsümün sonunda reallaşması üçün çalışır. “Atletik”in yetirməsi olan Quruzeta “Sabadell” və “Amorebieta” klublarında çıxış edib.
Xatırladaq ki, Çempionlar Liqasının 3-cü turunun “Atletik” – “Qarabağ”(3:1) matçında Quruzeta dublla yadda qalmışdı.
