Vaxtı ilə "Neftçi"nin formasını geyinmiş, uzun müddətdir ki, "Hayduk"da çıxış edən Dario Melnyak Sportal.az saytına açıqlama verib.
Xorvatiyalı vaxtı ilə birlikdə çalışdığı, hazırda "Sabah"a rəhbərlik edən Valdas Dambrauskas haqda qısa fikirlərini bildirib.
O, litvalı mütəxəssis haqda yüksək fikirdə olduğunu deyib: "Valdas Dambrauskas möhtəşəm məşqçidir. Mən onun adına çox sevinirəm. Azərbaycanda da yaxşı işlər görür. Mövsümün sonuna qədər ona bol uğurlar arzulayıram”.
Qeyd edək ki, 33 yaşlı futbolçu "Slaven", "Lokeren", "Neftçi", "Domjale", "Rizespor"də oynadıqdan sonra 2021-ci ildə "Hayduk"a keçib və o vaxtdan Split təmsilçisinin üzvüdür. Dambrauskas isə 2021-ci ildən 2022-ci ilə qədər "Hayduk"da işləyib və ölkə kubokunu qazanıb.
saytlarin hazirlanmasi
