"Qarabağ"da təcrübə keçən Qazaxıstanın "Akas" klubunun baş məşqçisi Dovran Kenjaxunov ilk təəssüratlarını bölüşüb.
Sportal.az xəbər verir ki, "ASnews.kz" portalına danışan 34 yaşlı qazax məşqçi Qurban Qurbanovla tanış olmasını xüsusi qabardıb:
"Təcrübə uzunmüddətlidir, bir ay davam edəcək. Klub prezidenti Davran Alicanoviç İbrahimovun sayəsində belə eksklüziv şərtlər əldə etdik. "Qarabağ"da bizi çox səmimi qarşıladılar, komanda ilə tanış etdilər, hər otağı göstərdilər və idman dəstləri də verdilər. Qurban Qurbanovla tanışlığım sakit, rəsmi atmosferdə keçdi. O, lider enerjisinə malik çox ciddi insandır. Məlum oldu ki, o, Almatını, hətta KPL klublarını da yaxşı tanıyır. Qurban Qurbanov mənə heyət, məşq prosesi və adətən qapalı nəzəriyyələri ilə tam tanış olmaq imkanı yaratdı. "Qarabağ" həqiqətən də başqa səviyyədədir. Hər şeyi içəridən görərək, onların necə bu qədər yüksəkliklərə çatdıqlarını və necə Çempionlar Liqasının pley-off mərhələsində oynadıqlarını daxildə olaraq başa düşürsən. Bu, bəxt məsələsi deyil".
saytlarin hazirlanmasi
