"Leyptsiq"in hücumçusu Romulo eyni anda İngiltərənin 5 klubunun transfer siyahısına düşüb.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, “Nyukasl”, “Arsneal”, “Brentford”, “Fulhem” və “Aston Villa” braziliyalı futbolçunu heyətinə qatmağı düşünür.
Həmin klublardan hansının mübarizədə üstün olduğu hələ ki dəqiq deyil.
Onun "Leyptsiq"lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.
Romulo karyerası ərzində "Atletiko Paranaense" və "Göztepe"də oynayıb.
