Azərbaycan millisi böyük hesabla uduzdu

09:35 - 12 Mart 2026

Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandası AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. 

Sportal.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv 4-cü turda Bolqarıstan qonağı olub.

Plovdiv şəhərindəki "Kolodrum Arena"da keçirilmiş görüşdə millimiz rəqibinə böyük hesabla uduzub(120:40).

Azərbaycan millisi E qrupunda daha əvvəl Bolqarıstana (48:141), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olmuşdu.

Hazırda millimiz sonuncu pillədədir. 

Xəbər xətti