"İmişli"nin kapitanı Azər Salahlı Azərbaycan milli komandasının formasını yenidən geyinmək istəyir.
Sportal.az saytına açıqlama verən 31 yaşlı müdafiəçi bu ay keçiriləcək "FİFA series" turnirində iştirak edəcək yığma komandamıza dəvət olunmaq niyyətində olduğunu bildirib:
"Fərdi olaraq, əsas məqsədim elə milli komandaya dəvət edilməkdir. Çünki yenidən milli komandamızın formasını geyinmək istəyirəm. Həqiqətən bunun üçün çox çalışıram. Təbii ki, yenidən Azərbaycan millisinə geri qayıtmaq mənim üçün qürurverici olardı. Xeyirlisi, görək də necə olacaq".
Əlavə edək ki, Azər Salahlı Azərbaycan millisinin heyətində 24 matça çıxıb və 1 qol vurub.
Mirbağırağa
saytlarin hazirlanmasi
