İstanbul klubu portuqaliyalı müdafiəçi ilə danışıqlara başladı

15:06 - 13 Mart 2026

"Fənərbaxça" yeni mövsüm üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Union Berlin"də çıxış edən Dioqu Leytedir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Portuqaliyalı futbolçunun Almaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Fənərbaxça" yayda azad agent statusunda olacaq 27 yaşlı mərkəz müdafiəçisi ilə indidən danışıqlara başlayıb və ona 3+1 illik müqavilə təklif edib.

Qeyd edək ki, "Union Berlin" Dioqu Leyteni 2023-cü ilin yayında "Portu"dan 7 milyon avroya transfer edib. Təcrübəli müdafiəçi cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti