"Çelsi" müdafiəçi Ris Ceymslə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, London təmsilçisi kapitanın 2028-ci ilin yayında başa çatmalı olan müqaviləsinin müddətini uzadıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
İngiltərə millisinin üzvü ilə 2032-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Ris Ceyms "Çelsi"nin akademiyasının yetirməsidir. 26 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
