"Təslim olmuruq, son tura qədər mübarizə aparacağıq" - "Qarabağ"ın legioneri çempionluq mübarizəsi barədə

09:49 - 13 Mart 2026

"Əvvəlki dövrlə müqayisədə vəziyyət indi daha normaldır. Biz indi Premyer Liqaya fokuslanmışıq. İndi daha sakitik, rahat məşq edirik və oyunlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız var".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın yarımmüdafiəçisi Coni Montiel deyib.

Ağdam klubunun ispan futbolçusu komandasının Misli Premyer Liqasındakı çempionluq uğrunda gedən mübarizədən danışıb. 

Onun fikrincə, çempionluq mübarizəsi son ana qədər gedəcək:

"Bizi çempionluq uğrunda gərgin mübarizə gözləyir. “Sabah” kimi güclü rəqibimiz var. Amma təslim olmuruq, son tura qədər mübarizə aparacağıq. Bu rəqabətə tam hazırıq. Hələ qarşıda çoxlu oyun var və hələ də çox şey dəyişə bilər".

Xəbər xətti