"Hər şey "Neftçi"nin öz əlindədir, son vaxtlarda yaxşı futbol oynayırlar"

10:34 - 13 Mart 2026

"Neftçi"nin indiki durumu pis görünmür. Doğrudur, turnir cədvəlindəki mövqeyi yenə də yaxşı deyil. Daha üst pillələrdə ola bilərdilər. Son vaxtlarda komanda yaxşı futbol oynayır, nəticələr də pis deyil. Hər halda, motivasiya yüksək olmalıdır. Ancaq təbii ki, "Neftçi" hər zaman yuxarı pillələrdə olmalıdır. Doğrudur, “Turan Tovuz”la görüşdə uduzdular. Lakin “Neftçi” pis oynamadı".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Neftçi”nin sabiq hücumçusu Branimir Subaşiç deyib. Vaxtı ilə “ağ-qaralar”ın əsas forvardı olmuş veteran futbolçu avrokubok şanslarını da dəyərləndirib:

"Hər şey "Neftçi"nin öz əlindədir də. Hər halda, "Neftçi" yenə də turnir cədvəlində yüksələ bilər. Qələbələr qazanmaq lazımdır. "Neftçi" böyük klubdur. Onlar hər mövsüm çempionluq uğrunda mübarizədə olmalıdır. Ən azından avrokuboklara vəsiqə qazanmalıdır.  Çünki biz bunu həmişə belə görmüşdük. İnanıram ki, "Neftçi" yenidən bu pillələrə yüksələcək".

Mirbağırağa
 

Xəbər xətti