"Cəbrayıl" "Zaqatala"ya qalib gəldi - VİDEO

17:41 - 13 Mart 2026

Futbol üzrə Azərbaycan I Liqasında XVIII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub. 

"Cəbrayıl" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Zaqatala"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 16-ya yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 21 xalı olan "Zaqatala" isə 7-ci yerdədir.

"Cəbrayıl" - "Zaqatala" 1:0
Qol: D.Açimi, 80

Xəbər xətti