Azərbaycan çempionatları tarixində ilk dəfə eyni cüt 100-cü dəfə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, ən çox qarşılaşan digər cütlər “Qarabağ” – “Şamaxı” və “Neftçi” – “Şamaxı” duelləri hərəsi 79 dəfə baş tutub. Peşəkar Futbol Liqası Azərbaycan derbisi oyunlarının statistikasını təqdim edir:
99 oyundan 49-u “Qarabağ”ın, 48-i “Neftçi”nin meydanında, 2-si neytral meydanda keçirilib.
İlk oyun – 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1
İlk qələbə - 20.10.1992. “Qarabağ” – “Neftçi” – 2:1
İlk səfər qələbəsi – 04.11.2000. “Qarabağ” – “Neftçi” – 0:4
Neytral meydandakı oyunlar - 29.04.1996. “Qarabağ” – “Neftçi” – 1:2, 06.06.1996. “Neftçi” – “Qarabağ” – 2:2
Yalnız bir mövsümdə qarşılaşmayıblar - 1993
Nəticəsi ləğv olunan yeganə matç: 04.03.2001. “Neftçi” – “Qarabağ” – 1:0 (+:-)
2001/02 mövsümündə 2, 2019/20 mövsümündə 1 oyun çempionat dayandığı üçün baş tutmayıb.
saytlarin hazirlanmasi
