“Aston Villa” yaxın vaxtlarda yarımmüdafiəçi Morqan Rocerslə yeni müqavilə imzalayacaq.
Sportal.az xəbər verir ki, bu barədə The Athletic nəşri məlumat yayıb.
“Aslanlar”ın rəhbərliyi 23 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə barədə razılığa gəlib. Yeni müqaviləyə əsasən ingiltərəli hücumameyilli yarımmüdafiəçinin maaşı əhəmiyyətli dərəcədə artırılacaq. Bu qərar Premyer Liqanın digər klublarının oyunçuya marağı fonunda qəbul edilib.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Morqan Rocers cari mövsümdə "Aston Villa"nın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
