İtaliyanın "Atalanta" klubu baş məşqçi İvan Yuriçlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, A Seriyası klubu xorvatiyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə yerli mətbuat məlumat yayıb.
Yuriç uğursuz nəticələrə görə istefaya göndərilib. 50 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İvan Yuriç mövsümn əvvəlində "Atalanta"nın baş məşqçisi postuna təyin olunmuşdu. Berqamo təmsilçisi ölkə çempionatında 11 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
