"Əl-Əhli"nin hücumçusu Ayven Toni İngiltərə Premyer Liqasına qayıtmağa yaxındır.
Sportal.az xəbər verir ki, "Tottenhem" 29 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Team Talk" məlumat yayıb.
London klubu Tonini yanvar ayında satınalma bəndi ilə icarəyə götürməi planlaşdırır. Təcrübəli forvard özü də İngiltərə millisinin DÇ-2026 heyətində yer almaq üçün "Tottenhem"də oynamağa isti yanaşır.
Qeyd edək ki, "Əl-Əhli" Ayven Tonini 2024-cü ilin yayında "Brentford"dan 42 milyon avroya transfer edib. O, cari mövsümdə Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meeydana çıxdığı 15 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
