"Şamaxı" doğma meydanda "Neftçi"ni məğlub etdi

22:53 - 8 Noyabr 2025

Əvəzedicilər Liqasında X turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub. "Şamaxı-2" doğma meydanda "Neftçi-2"ni qəbul edib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Şamaxı təmsilçisi turnir cədvəlində 8 xalla 9-cu, "Neftçi-2" isə 19 xalla 2-ci pillədə qərarlaşıb.

Əvəzedicilər Liqası

X tur

"Şamaxı-2" - "Neftçi-2" 3:2

Qollar: D.Mənsumov, 64, A.Şuaybu, 82, B.İsmayılov,90+5, - V.Kərimov, 33, H.Mahmudov, 90+3

Xəbər xətti