"Milan"ın futbolçusu Rafael Leao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.
London nəhəngi 26 yaşlı ön xətt oyunçusu üçün İtaliya klubuna 75 milyon funt-sterlinqlik təklif göndərib. Futbolçu özü Premyer Liqada oynamağa isti yanaşır.
Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən 50 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "rossonerilər"in heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
