DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Gürcüstan və Türkiyə ilə qarşılaşacaq İspaniya millisinin heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, "Barselona"nın futbolçusu Lamin Yamal heyətdən kənarlaşdırılıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
18 yaşlı vinger zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Qasıq nahiyəsində ağrılar olan 18 yaşlı oyunçunun 7-10 gün istirahət etməsinə qərar verilib.
Yamalın yerinə "Rayo Valyekano"da çıxış edən Xorxe de Frutos düşərgəyə dəvət edilib.
Qeyd edək ki, İspaniya yığması 18 noyabr tarixində Tbilisidə Gürcüstanın qonağı olacaq. Luis de la Fuentenin rəhbərlik etdiyi kollektiv ayın 18-də isə Sevilyada Türkiyə seçməsini qəbul edəcək.
saytlarin hazirlanmasi
