Almaniya millisinin üzvü "Mançester Yunayted"in hədəfində

15:56 - 11 Noyabr 2025

“Ştutqart”ın yarımmüdafiəçisi Angelo Ştillər karyerasını İngiltərə Premyer Liqasında davam etdir bilər.

Sportal.az xəbər verir ki, “Mançester Yunayted” almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.

24 yaşlı dayaq yarımmüdafiəçisi Ruben Amorimin transfer siyahısında prioritet namizədlərdən biridir. Bununla yanaşı, “Mançester Yunayted”in baş məşqçisi “Brayton”dan Karlos Baleba və “Kristal Pelas”dan Adam Uortonla da maraqlanır.

Qeyd olunur ki, Ştillərlə həmçinin Premyer Liqa və La Liqanın digər klubları da maraqlanır. Almaniya millisinin üzvü cari mövsümdə "Ştutqart"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 5 məhsuldar ötüürmə ilə yadda qalıb.

Xəbər xətti