"Araz-Naxçıvan"ın oyunun vaxtı dəyişdirildi

14:35 - 7 Yanvar 2026

Hazırlığını gündə 2 məşqlə davam etdirən "Araz-Naxçıvan"ın fasilədə keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib.

Sportal.az xəbər verir ki, klubun əvəzedici komandası ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da baş tutacaq.

Görüş saat 15:30-da start götürəcək. Komanda növbəti görüşünü isə yanvarın 14-də, saat 15:00-da "Qəbələ"yə qarşı keçirəcək.

Hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.

Xəbər xətti