Fransa millisinin sabiq hücumçusu Mərakeş klubunda - RƏSMİ

15:34 - 7 Yanvar 2026

"Sakaryaspor"dan ayrılan Vissam Ben Yedderin yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, fransalı hücumçu karyerasını Mərakeşdə davam etdirəcək.

Ben Yerdder "Vidad"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı forvard Kasablanka təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Vissam Ben Yedder bu mövsüm "Sakaryaspor"un heyətində meydana çıxdığı 14 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Fransa millisinin sabiq üzvü karyerası ərzində "Tuluza", "Sevilya", "Monako" və "Sepahan"da çıxış edib.

Xəbər xətti