"Barselona" hücumçusu üçün 30 milyon avro xərcləmək istəmir

22:52 - 13 Yanvar 2026

“Barselona” “Mançester Yunayted”dən Markus Reşfordun daimi transferi üzərində işləyir.

Sportal.az xəbər verir ki, yanvar ayında “Barselona” və “Mançester Yunayted"” nümayəndələri arasında görüş baş tutub və bu görüşdə hazırda Kataloniya klubunda icarə əsasında çıxış edən hücumçunun tam transferi variantları müzakirə olunub. “Barselona” Reşford üçün 30 milyon avroluq satınalma opsiyasını aktivləşdirmək istəmir. Kataloniyalılar “qırmızı şeytanlar"a daha aşağı məbləğ, həmçinin müəyyən şərtlər yerinə yetirildiyi halda məcburi satınalma ilə yenidən icarə variantı təklif ediblər.

Bildirilir ki, “Barselona” Reşfordu heyətdə saxlamaq istəyir, futbolçunun özü də daimi keçidə maraqlıdır. Klublar mövsümün sonuna yaxın danışıqları davam etdirməyi planlaşdırırlar.

Qeyd edək ki, Reşford La Liqada “Barselona”nın heyətində keçirdiyi 18 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər xətti