"Sabah"dan ayrılan legioner: "Bu klub ürəyimdə xüsusi yer tutacaq"

12:16 - 16 Yanvar 2026

“Sabah”dan ayrılan Boyan Letiç instaqram səhifəsində paylaşım edib.

Sportal.az xəbər verir ki, bosniya və herseqovilı futbolçu bunları yazıb:

"Yollarımız ayrılsa da, “Sabah” əbədi olaraq ürəyimdə xüsusi yer tutacaq. Başımı dik tutaraq buradan ayrılıram və sizə ən böyük nailiyyətlər arzulayıram. Etibarlarına görə rəhbərliyə, dəstəyə görə məşqçilər heyətinə və çiyin-çiyinə mübarizə aparan hər bir komanda yoldaşıma minnətdaram. Amma hər şeydən əvvəl azarkeşlərə səmimi təşəkkürümü bildirirəm: hər matçda qeyd-şərtsiz dəstəyiniz mənim ən böyük güc mənbəyim idi. Səmimiyyətinizi heç vaxt unutmayacağam. "Sabah" və Bakı həmişə mənim evim olacaq”.

Xatırladaq ki, Letiç 2022-ci ildə "Sabah"la anlaşmışdı.
 

Xəbər xətti