"Milan"dan Luka Modriç qərarı

18:26 - 13 Fevral 2026

"Milan" mövsümün sonunda müqaviləsi başa çatan Luka Modriçlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi xorvatiyalı yarımmüdafiəçinu komandada saxlamaq istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Rossoneri" Modriçin sözləşməsinin müddətini 1 il uzatmağı planlaşdırır. 40 yaşlı futbolçu özü də klubda qalmaqdan məmnundur.

Qeyd edək ki, Luka Modriç mövsümün əvvəlindən "Milan"da çıxış edir. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti