"Nyukasl" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsinddə doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 48 yaşlı mütəxəssis hədəflərinin qələbə qazanmaq olduğunu deyib:
"Komandaya baxacağıq və güclü bir heyət seçməyə çalışacağıq. Qələbə qazanmaq istəyirik. Bu, birinci hədəfdir. Oyunçularda yaxşı ritmi saxlamaq istəyirik. Mövsüm başlamadan öncə ilk hədəfimiz Çempionlar Liqasında 1/8 finala yüksəlmək idi. Sabahkı oyunda qələbə qazanmaq lazımdır. Diqqətimizi buna yönəldəcəyik. Çempionlar Liqasında yaxşı oyunlarımız çox olub. "Qarabağ"la ilk matçda hesaba çox diqqət yetirildi. Amma mənim üçün önəmli olan oyunumuzun səviyyəsi, göstərdiyimiz istək və motivasiya idi. İstəyirəm ki, mümkün qədər tez-tez bu səviyyəyə yaxınlaşaq. Sabahkı oyuna hazırıq".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə 00:00-da start götürəccək. Komandalar arasında Bakıda baş tutan ilk matç ingilislərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi
