Ruanda milli komandası "FIFA Series-2026" beynəlxalq turnirinin qalibi olub.
Sportal.az xəbər verir ki, Ruanda milli komandası Kiqalidə keçirilən görüşdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib.
Bu matçda "Zirə"nin futbolçusu Leroy-Jak Mikels bir qolla yadda qalıb. O, həm də matçın oyunçusu seçilib. Ruanda bu görüşdən əvvəl isə Qrenada 4:0 qalib gəlmişdi.
Qeyd edək ki, Coy-Lens Mikels ("Sabah") və Coy-Slayd Mikels də ("Karvan-Yevlax") oyunun iştirakçısı olub.
Coy-Lens start heyətdə, Coy Slayd isə sonradan meydana çıxıb.

