Premyer Liqa nəhəngləri isveçli müdafiəçi ilə maraqlanır

21:18 - 14 May 2026

"Borussiya"nın müdafiəçisi Daniel Svensson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" isveçli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Qırmızı şeytanlar" Svensson üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır. Almaniya klubu 24 yaşlı sol cinah müdafiəçisinə 35 milyon avro qiymət qoyub. 

İngiltərənin "Arsenal", "Liverpul", İtaliyanın "Atalanta" klubu da oyunçu ilə maraqlanır.

Qeyd edək ki, "Borussiya" Daniel Svenssonu 2025-ci ilin fevralında "Norşellann"dan transfer edib. İsveç millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti