Növbəti mövsüm Fransa Liqa 1-də mübarizə aparacaq sonuncu komanda müəyyənləşib.
Sportal.az xəbər verir ki, pley-offun cavab matçında "Nitsa" doğma meydanda "Sent-Etyen"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk matç 0:0 hesablı bərabərliklə başa çatıb. İki görüşün nəticəsinə görə "Nitsa" fransa futbolunun elitasında yerini qorumağı bacarıb. "Sent-Etyen" isə əvvəlki mövsümdə olduğu kimi Liqa 2-də mübarizə aparacaq.
Qeyd edək ki, daha əvvəl "Trua" və "Le-Man" Liqa 1-ə birbaşa vəsiqə qazanıblar.
saytlarin hazirlanmasi
