“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi cinah müdafiəçisi Hacıəli Şirəliyevi heyətinə qatıb. 21 yaşlı futbolçu ilə üç (2+1) illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Şamaxı" daha öncə Sənan Muradlı ("Sumqayıt" ) Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ-2") və Okan Təhməzlini (“Qəbələ”) kluba transfer edib.
saytlarin hazirlanmasi
