FIFA oyunların vaxtını dəyişmədi - DÇ-2026

15:59 - 4 İyul 2026

FIFA DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində keçiriləcək İngiltərə - Meksika və Braziliya - Norveç oyunlarının başlama vaxtını dəyişməmək qərarına gəlib.

 

Sportal.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

​Daha əvvəl turnirin təşkilatçıları Mexiko şəhərində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İngiltərə - Meksika matçının başlama vaxtını altı saat irəli çəkmək imkanını nəzərdən keçirirdilər. Lakin aparılan məsləhətləşmələrdən sonra "Asteka" stadionunda keçiriləcək oyunun vaxtının dəyişdirilməməsi barədə qərar qəbul edilib. Görüş iyulun 6-sı, Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

​Braziliya və Norveç komandaları arasında iyulun 5-də İst-Rezerforddakı "MetLayf" stadionunda baş tutacaq görüşün vaaxtında da dəyişiklik edilməyib. Bu qarşılaşmanın da isti hava şəraiti ilə bağlı risklər səbəbindən vaxtının dəyişdirilməsi ehtimalı var idi. Lakin start vaxtı əvvəlki kimi - 6 iyul, Bakı vaxtı ilə saat 00:00 olaraq saxlanılıb.

​Meksika Futbol Federasiyası və Braziliya Futbol Konfederasiyası təqvimdə mümkün düzəlişlərlə bağlı danışıqların aparıldığını təsdiqləyiblər. Buna baxmayaraq, FIFA oyunların cədvəlində heç bir dəyişiklik etməmək qərarına gəlib.

Xəbər xətti