Ronaldo bunu bacaran ilk futbolçu oldu

11:34 - 3 İyul 2026

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatları və Avropa çempionatlarında ümumilikdə 25 qol vuran ilk oyunçu olaraq dünya futbolu tarixinə düşüb.

​Sportal.az xəbər verir ki, ulduz futbolçu yubiley, yəni 25-ci qolunu DÇ-2026-nın 1/16 final mərhələsində Xorvatiyaya qarşı keçirilən oyunda vurub. Portuqaliya millisinin 41 yaşlı kapitanı matçın 68-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Görüş onun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

​Ronaldo Avropa çempionatlarında 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə, dünya çempionatlarında isə 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə fərqlənməyi bacarıb.
​Portuqaliyalı futbolçu cari dünya çempionatında artıq hesabına 3 qol yazdırıb və özünə məxsus rekordu yeniləməkdə davam edir.

Xəbər xətti