"İmişli"nin yeni baş məşqçisi bəlli oldu

20:41 - 2 İyul 2026

"İmişli"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Fərid Namazov çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

UEFA Pro kateqoriyalı məşqçi karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında uğurla çalışıb.

Fərid Namazov "İmişli" ailəsinə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, "İmişli" Jorj Kaşkilya ilə yollarını ayırıb.

Xəbər xətti