II Liqanın çempionu üç futbolçu ilə vidalaşdı

19:40 - 2 İyul 2026

"Xankəndi" üç futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Rauf Məhərrəmov, Tural Qurbatov və Mirmövsüm Caniyevlə vidalaşıb. Klub hər üç futbolçuya gələcək futbol həyatlarında uğurlar arzulayıb.

Qeyd edək ki, "Xankəndi" 2025/26 mövsümündə II Liqada çempion olub və I Liqaya vəsiqə qazanıb.

Xəbər xətti