Van Qal "Ayaks"dan ayrıldı

19:20 - 2 İyul 2026

Lui van Qal və "Ayaks" əməkdaşlığa son qoyduqlarını elan ediblər.

Sportal.az xəbər verir ki, Niderland milli komandasının sabiq baş məşqçisi 2023-cü ildən klubun Müşahidə Şurasının məsləhətçisi vəzifəsində çalışırdı. Onun vəzifəsinə futbol məsələləri ilə bağlı məsləhətlər vermək daxil idi.

​74 yaşlı van Qalın gedişi barədə Amsterdam təmsilçisinin rəsmi saytında məlumat verilib.

​Lui van Qal keçmişdə "Mançester Yunayted", "Bavariya", "Barselona", "Ayaks" və digər klublarda baş məşqçi kimi çalışıb.

Xəbər xətti