23 yaşlı müdafiəçi "İnter"dən tam olaraq ayrıldı

00:08 - 3 İyul 2026

"Parma" 23 yaşlı müdafiəçi Franko Karbonini "İnter"dən birdəfəlik transfer edib.

Sportal.az xəbər verir ki, "Parma"nın yaydığı açıqlamada bildirilir ki, Franko Esekiel Karboni ilə 30 iyun 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Karboni 2026-cı ilin yanvarında "Parma"ya icarə əsasında qoşulmuşdu və bu müddətdə "callyoblu"nun heyətində 7 oyuna çıxmışdı.

Müdafiəçi futbol təhsilini "Lanus" və "Kataniya" akademiyalarında alıb. O, 2020-ci ilin yanvarında "İnter"ə keçib. Milanda 2021/22 mövsümündə gənclər arasında İtaliya çempionluğunu qazanıb.

Daha sonra Karboni müxtəlif klublarda çıxış edib: "Kalyari","Monza" (məhz burada Serie A-da debüt edib), "Ternana", "Venesiya" və "Empoli".

Xəbər xətti