Riyad Mahrez Əlcəzair milli komandasındakı gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, "Əl-Əhli"də çıxış edən vinger yığma karyerasını başa vurub. Bu barədə 35 yaşlı futbolçu özü məlumat verib.
Təcrübəli ön xətt oyunçusu DÇ-2026-nın 1/16 final mərhələsinin İsveçrə ilə matçından (0:2) sonra milli ilə vidalaşıb.
Qeyd edək ki, Riyad Mahrez Əlcəzair seçməsində 2014-cü ilin mayçında debüt edib. O, millinin heyətində meydana çıxdığı 119 rəsmi matçda 40 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
