"Napoli"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Massimiliano Alleqri çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssislə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Massimiliano Alleqrinin son iş yeri "Milan" olub. "Napoli" isə Antonio Konte ilə yollarını ayırıb.
saytlarin hazirlanmasi
