"Real”ın futbolçusu Tyaqo Pitarç karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi “Tottenhem”in transfer siyahısındadır. London təmsilçisi bu yay ispanın keçidini həll etməyi planlaşdırır.
Pitarçın “Real”la müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir.
“Atletiko”nun yetirməsi olan gənc futbolçu 2026-cı ildən “Real”da çıxış edir.
