"Çelsi"nin müdafiəçisi "İnter"ə keçə bilər

11:59 - 4 İyul 2026

"Çelsi"nin müdafiəçisi Trevo Çaloba karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

London klubu 26 yaşlı mərkəz müdafiəçisi üçün 35 milyon avro tələb edir. A Seriyası nəhəngi bu məbləği ödəməyə hazırdır. "İnter" artıq oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb və transer üçün razılıq əldə edib.

Qeyd edək ki, Trevo Çaloba "Çelsi"nin yetirməsidir. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti