"İnter" Anan Xəlailinin transferi üçün "Real Sent-Gullios" ilə birbaşa danışıqlara başlayıb.
Sportal.az xəbər verir ki, Milan klubu 21 yaşlı vinger üçün tələb olunan məbləği, 25 milyon avro + 5 milyon avro bonus ödəməyə hazırdır. Bonusların futbolçunun nəticələrindən asılı olacağı bildirilir.
Hazırda "İnter" futbolçunun transferi uğrunda mübarizədə "Napoli"ni qabaqlayır. Neapol təmsilçisi uzun müddətdir Xəlailini izləsə də, maliyyə feyr-pley qaydalarına görə əvvəlcə heyətdən oyunçu satmalı, yalnız bundan sonra yeni transfer edə bilər.
Xəlaili 2025/26 mövsümündə Belçika çempionatında 38 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi
