"Real"da oynamış forvard Azərbaycana gələ bilər - paytaxt klubunun transfer siyahısındadır

18:17 - 5 İyul 2026

"Neftçi" hücumçu axtarışını davam etdirir.

Hazırda "ağ-qaralar"ın transfer siyahısında olduqca çox forvard yer alıb.

Sportal.az saytına verilən məlumata görə, onlardan biri Dani Qomezdir. Hazırda azad agent statusu daşıyan ispan forvard “Neftçi”nin istədiyi oyunçulardandır. Onun Azərbaycana gəlib-gəlməyəcəyini isə zaman göstərəcək.

Çünki 27 yaşlı futbolçuya fərqli ölkə klublarından təklifi var.

İspaniyanın U-19 və U-21 yığmasının da şərəfini qorumuş Qomez “Real”(Madrid), “Tenefire”, “Levante”, “Espanyol”, “Valensiya” komandalarında çıxış edib.
 

Xəbər xətti