“Barselona” və İspaniya millisinin müdafiəçisi Pau Kubarsi Portuqaliya ilə oyunla bağlı gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, İspaniya DÇ-2026-da 1/8 finalda iyulun 6-da Portuqaliya ilə qarşılaşacaq.
Kubarsi bu görüşdə hansı futbolçuya qarşı oynamağın çətin olacağını söyləyib: “Kriştiano Ronaldo kimi əfsanəyə qarşı oynamaq unudulmaz olardı. Ondan forma istəyərdim, amma yəqin ki, bunun üçün növbə olacaq!”.
19 yaşlı futbolçu DÇ-2026-da qrup mərhələsinin hər üç oyununda və 1/16 final mərhələsində Avstriyaya qarşı (3:0) oyunda iştirak edib.
