"Sabah"ın III mərhələdəki potensial rəqibləri - Çempionlar Liqasında

11:24 - 20 İyul 2026

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibləri bəlli olacaq.

"Bayquşlar" 2-ci təsnifat mərhələsində "KuPS" (Finlandiya) səddini keçərsə, aşağıdakı komandalardan biri ilə qarşılaşacaq: 

“Larne” (Şimali İrlandiya) – “Srvena Zvezda” (Serbiya)
“Tyun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“İberiya”(Gürcüstan) – “Slovan”(Slovakiya)
“Orhus” (Danimarka) – “Lex” (Polşa)
“Eqnatiya” (Albaniya) – “Çelye” (Soveniya)
“Omoniya (Kipr) – “Kayrat” (Qazaxıstan)

Püşkatma mərasiminə 14:00-da start veriləcək.

Xəbər xətti