Tanınmış klub "Sabah"ın legioneri üçün təklif göndərəcək

12:34 - 20 İyul 2026

"Sabah"ın futbolçusu Aaron Maluda daha bir klubun transfer siyahısına düşüb.

Sportal.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, İsveçrənin "Bazel" klubu Maluda üçün hərəkətə keçib.

Tanınmış klub Aaron üçün "Sabah"a təklif göndərməyi planlaşdırır.

Azərbaycan çempionunun legionerinin adı bir müddət əvvəl "Seltik"lə adı hallanırdı. 

Maluda son mövsümdə 30 matçda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər xətti