Bu gün “Sabah” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxıb.
Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Finlandiyanın “KuPS” klubu ilə qarşılaşıb.Matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Sabah" növbəti mərhələyə yüksəlməyi bacarıb.
Bakıda keçirilmiş ilk oyunda Azərbaycan çempionu rəqibinə 1:0 qalib gəlmişdi.
19:00 “KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan) 0:2
Qol: Velko Simiç, 53, Mikels, 70
“Vyare Arena”, Kuopio.
Baş hakim: Qal Leybovits (İsrail)
İlk oyun: 0:1
Bu cütün qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Orxus” – “Lex” cütünün qalibi ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
