DÇ-2026-nın İspaniya və Argentina arasında keçirilmiş final matçını idarə edən baş hakim Slavko Vinçiç peşəkar karyerası ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, sloveniyalı karyerasını başa vurub. Bu barədə Sloveniya Futbol Assosiasiyasının (SFA) mətbuat xidməti rəsmi saytında məlumat verib.
Vinçiç 2010-cu ildən bəri FİFA referisiidi. O, DÇ-2026-dan savayı, 2023/2024 UEFA Çempionlar Liqası finalını və 2021/2022 UEFA Avropa Liqası finalını idarə edib.
46 yaşlı baş hakim DÇ-2026-da 4 oyunda 12 sarı vərəqə və iki qırmızı vərəqə göstərib.
